Kuba İctimai Səhiyyə Nazirliyinin nümayəndələri ilə görüş

Bakı Sağlamlıq Mərkəzində Kuba Respublikasının Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri Karlos Enrike Valdes de la Konsepsyon və ölkəmizdə səfərdə olan Kuba İctimai Səhiyyə Nazirliyinin nümayəndə heyəti ilə görüş keçirilib. Qonaqları qarşılayan klinikamızın baş həkimi Elxan Hacıyev ölkələrimiz arasında səhiyyə sahəsində uğurla davam edən dostluq münasibətlərinin əhəmiyyətindən söz açıb. Qonaqlara mərkəzimizdə göstərilən tibbi xidmətləri ilə bağlı məlumat verilmiş və klinikamızın xidmət göstərən şöbələrinə baxış keçirilmişdir. Daha sonra, İ.M. Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Təlim-Simulyasiya Mərkəzində görülmüş işlər barədə ətraflı məlumat verilmiş və səfirliyin nümayəndələri universitetdə yaradılmış şəraitlə tanış edilmişdir. Karlos Enrike Valdes de la Konsepsyon və ölkəmizdə səfərdə olan Kuba İctimai Səhiyyə Nazirliyinin nümayəndələri mərkəzimizin İcraçı direktoru dos. dr. Asiman Həsənov ilə görüşdə səmimi qarşılanmaya görə minnətdarlığını bildiriblər. Asiman Həsənov Azərbaycan ilə Kuba arasında dostluq münasibətlərinin həm ikitərəfli, həm də çoxtərəfli formatda uğurla davam etdiyini vurğulayıb. Ölkələr arasında bütün sahələrdə olduğu kimi, səhiyyə sahəsində də əməkdaşlığın genişləndirilməsinin vacibliyi bildirib. Səfərin məqsədi haqqında ətraflı müzakirələr aparıldı. Günün sonunda qonaqlarımız mərkəzimizlə bağlı xoş təəsssüratlarını bölüşmüş və Azərbaycanda belə mövcüd maddi texniki bazaya sahib və bu cür yüksək səviyyəli xidmət göstərən mərkəzin olmasından məmnuniyyətini dilə gətirmişdir. Görüşün sonunda xatirə şəkili çəkildi.

Diqər xəbərlər